Predictions 2022

Proqnozlar

Gələcək aydınlanır

2020-ci ilə qədər olan dövr üçün tibbi-bioloji elmlər sahəsində inkişaf proqnozu

2022-ci il ildir. Rəqəmsal həyat davam edir, rəqəmsal texnologiyalar səhiyyənin strukturunu dəyişmiş və yeni bazar iştirakçıları xidmətlərin göstərilməsi prinsiplərini köklü şəkildə dağıtmışdır. Deloitte BK Səhiyyə sahəsində Həllər Mərkəzi tərəfindən hazırlanmış hesabata tibbi-bioloji elmlər və səhiyyə sahəsində yaxın 5 ildə radikal dəyişiklikləri əks etdirən proqnozlar daxildir.

Hesabatın əsasında yuxarıda qeyd olunan Mərkəzin səhiyyə sahəsində 2014-cü il tarixli digər araşdırması dayanır. «2010-ci il üçün Səhiyyə və tibbi-bioloji sahədə proqnozlar — gələcəyə baxışlar. 3 il sonra innovasiyaların artım sürəti və miqyası ilkin proqnozların bir hissəsi reallığa çevrildi, hərçənd digər proqnozların həyata keçirilməsinin vaxt tələb edəcəyi və bəzilərinin heç reallaşmayacağı aydın görünürdü.

Hazırkı hesabatda 2017-ci il tarixinə olan yeni faktlar nəzərdən keçirilir və tibbi bioloji elmlər və səhiyyə sahəsinin 2022-ci ildə neçə olacağına dair 6 yeni proqnoz, təsiri dəf edilməli olan əsas məhdudiyyətlər  daxil edilmişdir.

Qarşıda əhalinin yaşlanması kütləvi xroniki xəstəliklərlə bağlı çoxlu çətinliklər var. Hesabatda gələcəyə optimist baxışlar və şirkətlərin açıqlan imkanları dəyərləndirməsi üçün çağırışlar təqdim olunmuşdur.

2022-ci il üçün 6 proqnoz:

1. Rəqəmsal həyat davam edir 

«Qenom» nəsil daha yaxşı məlumatlanmışdır və öz səhhətinin tənzimlənməsində daha aktiv iştirak edir. 

2. Səhiyyə sahəsi rəqəmsal texnologiyaların təsiri ilə transformasiya mərhələsindədir  

«Smart» səhiyyə sistemi vətəndaşların səhhəti ilə bağlı çəkilən xərcləri azaldır və daha çox pasiyentlər üzərində mərkəzləşir.  

3. Tibbi-bioloji elmlər sahəsi sənayeləşdirilir. 

Qabaqcıl koqnitiv texnologiyalar əsas proseslərin məhsuldarlığının, tətbiq sürətinin və qanunvericiliyə uyğunluğunun artırılmasına yardımçı olur. 

4. Məlumat səhiyyə sahəsində yeni valyutadır. 

Süni intellekt və statistik məlumatlar səhiyyə ilə bağlı məlumatın dəyərini açıqlayır. 

5. Səhiyyəni gələcəyi indi və buradadır 

Həyatın yaşam dövrünün artmasında və dəqiq müalicə metodunda irəliləyişlər  müalicə nəticələrini yaxşılaşdırır. 

6. Yeni bazar iştirakçıları səhiyyə sahəsini dağıdır 

Maraqlı tərəflər arasındakı sərhədlər daha bulanıqdır. 

 

Gələcəkdə əsas uğur və mübarizə amilləri

  • Yeni rəqəmsal və koqnitiv tibbi texnologiyaların geniş miqyaslı tətbiqi 

Tibbi-bioloji elmlər və səhiyyə sahəsi çox sayda əlaqəsiz sistemlər, aşağı keyfiyyətli məlumatlar və pasiyent və xidmət tədarükçüləri ilə bağlı  çətin dəyişilən davranış modelləri olduğundan məlumat və analitikalardan istifadədə ləngiyir.  Pasentlərlə bağlı müalicə nəticələrinin yüksəldilməsinə yönəlmiş qabaqcıl texnologiyaların tətbiqinə gəldikdə hazırda biz dönüş nöqtəsindəyik, 

  • Yeni və istedadlı mütəxəssislərin cəlb edilməsi və saxlanması 

Xidmətlərin effektiv şəkildə yerinə yetirilməsi müəssisələr tərəfindən rəqəmsal və analitik bacarıqlara malik olan müvafiq peşəkar heyətin işə cəlb edilməsini tələb edir. Hazırda səhiyyə sahəsində belə bacarıqlı və istedadlı mütəxəssislərin işə cəlb etməsi və saxlaması həmin proqnozların reallaşmasından asılı olacaq.

  • Fəaliyyətin tənzimlənməsi ilə bağlı yeni yanaşma 

Son 10 il ərzində tibbi-bioloji elmlər və səhiyyə sahəsində çalışan əksər şirkətlər qeyd edirdilər ki, risklərin azaldılmasına yönəlmiş tənzimləmə yanaşması yeniliklərin tətbiqinə mane olur. Bugünkü məlumatlar və gələcək proqnozlar vəziyyətin dəyişdiyini göstərir.

Did you find this useful?